“Şarl de Qoll” Yaxın Şərqə yollanılır

17 Yanvar 2020 17:03 (UTC+04:00)

Fransanın təyyarə daşıyan gəmisi “Şarl de Qoll” Yaxın Şərqə yollanılır. SİA RenTv-yə itinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron, ölkənin təyyarə daşıyan “Şarl de Qoll” gəmisini Yaxın Şərqə göndərəcəyini söyləyib.

Gəminin 2020-ci ilin yanvar-aprel ayları arasında Chammal Operation-a dəstək verəcəyi, bundan sonra Atlantik və Şimal dənizinə göndəriləcəyi güman edilir.

Macron izah edib ki, “Şarl de Qoll” bir neçə Avropa dövlətinin qüvvələrinin cəlb ediləcəyi birgə əməliyyatın əsas iştirakçısına çevriləcəkdir.

Xatırladırıq ki, "Şarl de Qoll" Fransa Hərbi Dəniz Qüvvələrində yeganə təyyarə daşıyıcısıdır, həm də donanmada nüvə güc qurğusu olan ilk yerüstü gəmidir. Gəmi 2001-ci ildə istismara verilib.