XXXII Ümumdünya Yay Universiadasının büdcəsi açıqlanıb

17 Yanvar 2020 17:01 (UTC+04:00)

2023-cü ildə Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək XXXII Ümumdünya Yay Universiadasının büdcəsi açıqlanıb. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə məlumat verən Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev universiadanın büdcəsinin 83 milyard rubl olacağını bildirib.

Növbəti - XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq.

Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.