Əliyar Ağayev beynəlxalq seminarda iştirak edir

17 Yanvar 2020 16:54 (UTC+04:00)

FIFA referisi Əliyar Ağayev İsrail Futbol Federasiyasının dəvəti ilə adıçəkilən ölkədə keçirilən hakimlərin seminarında iştirak edir.

SİA-nın məlumatına görə, UEFA mentoru Haim Jakovun və İsrailin elit hakimlərinin də iştirak etdiyi seminarda praktiki və nəzəri məşğələlər keçirilir.

Seminara yanvarın 18-də yekun vurulacaq.