"20 Yanvar" stansiyasında "Tariximizin 30 illik yarası" adlı sərgi açılıb FOTOLAR

17 Yanvar 2020 15:38 (UTC+04:00)

Tariximizin şəhid qanı ilə yazılmış səhifələrindən biri 1990-cı ilin 20 yanvar gecəsi hər il Bakı metropolitenində böyük ehtiramla və hüzlə yad edilir. SİA xəbər verir ki, qanlı tarixin 30-cu ildönümü ərəfəsində "Bakı Metropoliteni" QSC və Azərbaycan Fotoqrafiya Birliyinin təşəbbüsü ilə "20 Yanvar" stansiyasında foto-sərgi təşkil edilib. Foto-sərgidə həmin qanlı gecədə baş vermiş faciələri kadrlara həkk etmiş fotoqrafların 50-dək əsəri nümayiş olunub.

Sərgini açıq elan edən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Azərbaycanın azadlıq meyyarı olan, hüznlə şərəf tarixini bir araya gətirən 20 Yanvar gecəsində Bakının yeraltı polad magistralının da səhərə qədər fəaliyyət göstərərək, tarixi rolunu xüsusi qeyd edir.

Sərgidə QSC-nin sədr müavini Hidayət Məmmədov xalqımızın yaddaşında 30 ildir yaşayan, qanla yazılmış,yaxın keçmişimizin unudulması mümkünsüz olan, acı həm də şərəf qürür hissi doğuran reallığın olduğunu bildirib. Sədr həmçinin söyləyib ki, xüsusən ən dəhşətli hadisələr "Koroğlu" "İçərişəhər" o cümlədən, "20 Yanvar" stansiyaları ətrafında insanların harayına çatan metopliten onların güllə-borandan sığınacaq yeri, yaralıların ilkin tibbi yardım və xəstəxanalara çatdırıldığı əsas nəqliyyat dəhlizi olub.

Sərgidə həmçinin Azərbaycan Fotoqrafiya Birliyinin idarə heyyətinin sədri Mirnab Həsənoğlu, Xidmət şöbəsinin rəisi Lalə babayeva və başqaları iştirak ediblər.