Elə namizədlər var deyir ki, “atamdan qalan əmlak yadımdan çıxıb” – Məzahir Pənahov -AÇIQLAMA

17 Yanvar 2020 15:20 (UTC+04:00)
Bəzi namizədlər əmlakları ilə bağlı gülünc fikirlər səsləndirirlər. Elə namizədlər var deyir ki, "atamdan qalan əmlak yadımdan çıxıb". Buna nə cür inanmaq olar? SİA-nın məlumatına görə, Mərkəzi Seçki Komissyası sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. M.Pənahov bildirib ki, əmlakları haqqında düzgün məlumat göstərməyən namizədlər nə üçün əmlaklarını göstərmədiklərinə dair tutarlı bir səbəb də göstərmirlər: "Adi bir səhfə görə onların namizədliklərini qeydə alınmır. Burdan belə bir məntiqi nəticə çıxır ki, bu adamlar namizədliklərinin qeydə alınmaması üçün belə edirlər. Bunların qeydə alınmamqda məqsədləri nədir bilmirəm". M.Pənahov bir daha namizədlərə əmlakları haqqında düzgün məlumat göstərmələri barədə tövsiyə edib.