YAP Bərdə rayon təşkilatı “Daha güclü Azərbaycan naminə!” devizi ilə təbliğat kampaniyasına start verib

17 Yanvar 2020 15:06 (UTC+04:00)

Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatı 93 saylı Bərdə şəhər və 94 saylı Bərdə kənd seçki dairəsi üzrə təbliğat kampaniyası start verib. SİA-nın verdiyi məlumatına görə, seçkilərdə "Daha güclü Azərbaycan naminə!" şüarı ilə təbliğat-təşviqat kampaniyası aparan Yeni Azərbaycan Partiyasının namizədlərinin – 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə Fatma Vidadi qızı Yıldırımın və 94 saylı Bərdə kənd seçki dairəsi üzrə Qnyaz Vəli oğlu Məmmədovun seçki plakatları müvafiq seçki məntəqələrinin ərazisində lövhələrə vurulub.