Fransada 200 min etirazçı küçələrə çıxıb

17 Yanvar 2020 12:46 (UTC+04:00)

Fransa boyu təxminən 200 min insan sosial islahatlar səbəbiylə küçələrə çıxıb və etiraz edir. SİA RenTv-yə istinadən xəbər verir ki, Leonda polis camaatı gözyaşardıcı qazla dağıtmağa çalışıb. Eyni zamanda Parisdə 6 minə yaxın insan nəzarətə alınıb. Ancaq bu vəziyyəti daha da ağırlaşdırıb.

Səhiyyənin maliyyələşdirilməsinin aşağı səviyyədə olması səbəbindən Parisdəki bir xəstəxanada həkimlər də tətil elan ediblər. Bütün tibb işçiləri özlərinin ağ xalatlarını yığın halında bir yerə atıb və iş şəraitində bir düzəliş olana qədər işləməkdən imtina ediblər.