Yarım kiloqram ağırlığında zümrüd

17 Yanvar 2020 12:36 (UTC+04:00)

Sverdlovsk bölgəsində yarım kiloqram ağırlığında ən nadir zümrüd tapılıb. SİA RenTv-yə istinadən xəbər verir ki, Sverdlovsk bölgəsində, Mariinski mədənində keyfiyyət xüsusiyyətləri baxımından çox nadir bir zümrüd tapıblar.
Rusiya Dövlət Mühafizəsi zümrüdü ən nadir olaraq qiymətləndirib. Bu zümrüdün 260 metr dərinlikdə bir işçi tərəfindən tapıldığı qeyd olunur.

Qeyd edək ki, zümrüdün kütləsi 496,2 qramdır və mütəxəssislərin fikrincə, onun dəyəri 55 min dollara yaxındır.
Yaxın vaxtlarda Dövlət Mühafizəsi qiymətli daşlardan ibarət dövlət fondunun ehtiyatlarını artırmaq niyyətindədir.