Hər dəfə milyard dollarlıq raket məhv ediləcək

17 Yanvar 2020 12:29 (UTC+04:00)

Mask, aya uçuşlar üçün NASA SLS raketinin hazırlanmasını faciə adlandırıb. SİA xəbər verir ki, “Space X” kompaniyasının rəhbəri Elon Mask bu barədə "Twitter"də yazıb.

Onun sözlərinə görə, inkişaf etdirilən raketdə təkrar istifadə edilə bilən elementlər yoxdur və hər buraxılışda o məhv ediləcək.

"SLS ilə bağlı əsas problem təkrar istifadə edilməməsidir. Bu o deməkdir ki, hər dəfə bir milyard dollarlıq raket məhv ediləcək", deyə “Space X” kompaniyasının rəhbəri bildirib.

Xatırladırıq ki, NASA 2020-2021-ci illərdə SLS raketini işə salmağı planlaşdırır.