Bu yollarda sürət həddi birdəfəlik endirildi

17 Yanvar 2020 11:53 (UTC+04:00)

Bu gündən etibarən Heydər Əliyev prospekti - (Böyük Şor Qovşağı ilə kəsişmədən başlayaraq) Mərdəkan-Zaqulba və Zığ dairəsi - Hava Limanı avtomagistrallarında zolaqlar üzrə sürət həddi dəyişdirilib. SİA-nın verdiyi məlumata görə, dəyişikliyə əsasən, hər magistralda maksimal sürət həddi daimi olaraq 110 km/saat müyyən edilib: "Sürücülərimizdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edirik".