Əmrahdan Asyaya sevgi ETİRAFI-FOTOLAR

17 Yanvar 2020 12:12 (UTC+04:00)

Aktyor Əmrah Dadaşov həmkar nişanlısı Asya Atakişiyeva ilə səmimi fotolarını sosial şəbəkədə yayımlamaqda davam edir. SİA-nın məlumatına görə, o, yenidən bu ənənəsinə sadiq qalıb.

Belə ki, aktrisa ilə yeni fotosunu "İnstagram" səhifəsində paylaşıb və bu sözləri yazıb: "Dünyada sevdiyiniz insanın səsindən daha şirin bir musiqi yoxdur".

Onun bu paylaşımı izləyicilərin ürəyincə olub. Xeyli sayda insan cütlüyün səmimi fotosunu bəyənib.