Roma 1/4 finalda

17 Yanvar 2020 02:19 (UTC+04:00)

İtaliya kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə bir görüş keçirib. “Roma” səfərdə "Parma" ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

"Parma" – "Roma" - 0:2
Qollar: Pelleqrini, 49, 76-pen

Qeyd edək ki, bundan əvvəl “Torino”, “Napoli”, “Latsio”, “İnter”, “Fiorentina”, “Milan” və “Yuventus” 1/4 finala vəsiqəni təmin etmişdi.