İsrail hərbiçiləri partlayıcı maddələrlə şarların atılmasına cavab olaraq Həmas qruplaşmasının mövqelərinə hava zərbələri endirib.
SİA "gazets.ru" saytına istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, İsrail tərəfi çərşənbə günü də Həmasın Qəzza zolağındakı hədəflərinə analoji hücumlar edib. Bu hücum Həmasın İsrail tərəfə dörd raket mərmisi atmasına cavab olaraq həyata keçirilib. Mərmilərdən ikisinin Dəmir Günbəz müdafiə sistemi tərəfindən məhv edildiyi bildirilir.