Suriyanın şimalında, “Sülh çeşməsi” antiterror əməliyyatlarının aparıldığı bölgədə Türk Silahlı Qüvvələrinin üç əsgəri həlak olub.
SİA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hadisə nəqliyyat vasitələrinin yoxlanılması zamanı içində partlayıcı maddənin olduğu maşının terrorçular tərəfindən partladılması nəticəsində baş verib.