“Milan”ın isveçrəli müdafiəçisi“Fənərbaxça”da

17 Yanvar 2020 00:28 (UTC+04:00)

Yanvarın 16-də Türkiyənin “Fənərbaxça” klubu növbəti transferi açıqlayıb.

SİA İstanbul klubunun saytına istinadla xəbər verir ki, bu, İtaliyanın “Milan” klubunun isveçrəli müdafiəçisi Rikardo Rodrigezdir.

Futbolçu ilə ikiillik müqavilə imzalanıb. Transferin dəyəri 9 milyon avrodur. Müqavilə barədə yaxın günlərdə təfsilatı ilə məlumat veriləcək.