Minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü xilas edilib

16 Yanvar 2020 22:29 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Lənkəran şəhərinin Zövlə kəndində "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

SİA FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan nazirliyin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.