Rusiya siyasi sistemi dəyişdirmək niyyətindədir. Rusiya prezidenti Vladimir Putin konstitusiyaya 11 maddədən ibarət düzəliş əlavə olunmasını təklif edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Putinin təklif etdiyi 11 maddədən ibarət düzəlişlər bunlardır:
- Beynəlxalq hüququn üstünlüyündə məhdudiyyətlər olacaq.
- Hələ də birbaşa ölkə başçısı tərəfindən təyin olunan baş nazir, baş nazir müavinləri və nazirlər parlament tərəfindən seçiləcək.
- Məsləhət orqanı olan dövlət şurası icraçı konstitusiya quruluşuna çevriləcək.
- Prezident təhlükəsizlik qurumlarının rəhbərlərini parlamentin üst qanadı olan Federasiya Şurası ilə məsləhətləşərək təyin edəcək.
- "Dövlət başçıları ardıcıl olaraq iki dəfə seçilə bilər" maddəsindən "ardıcıl" sözü götürüləcək.
- Prezident seçilmək üçün ən azı 10 il Rusiyada yaşamaq şərti 25 ilə qədər artırılacaq.
- Hətta keçmişdə belə olsa başqa bir ölkədən vətəndaşlıq və ya yaşayış icazəsi alanlar prezident seçilməyəcəklər.
- Başqa ölkələrdən vətəndaşlıq və ya yaşayış icazəsi alanlara hakim, qubernator, bələdiyyə başçısı, millət vəkili və hökumət üzvü olmaq qadağan ediləcək.
- Parlamentin üst qanadı olan Federasiya Şurası konstitusiya məhkəməsinin və Ali Məhkəmənin hakimlərini işdən azad etmək səlahiyyətinə sahib olacaq.
- Konstitusiya Məhkəməsi, dövlət başçısının imzaladığı federal qanunların konstitusiyaya uyğunluğuna nəzarət edəcək.
Mirqəmər Mənsimova