Qravitasiya dalğalarında qeyri-adi partlayış

16 Yanvar 2020 15:56 (UTC+04:00)

Astronomlar qravitasiya dalğalarında qeyri-adi bir partlayış qeydə alıblar. SİA xəbər verir ki, bu barədə LIGO və VIRGO rəsədxanasının saytında məlumat verilib.

Alimlərin fikrincə, bu, fövqəladə bir təzahürün olduğunu göstərə bilər. Qeyd olunur ki, əvvəllər tədqiqatçılar belə qısa bir partlayış müşahidə etməyiblər. Astronomlar izah etdilər ki, cazibə dalğalarının səbəbi qara dəliklərin toqquşması və ya neytron ulduzlarının birləşməsi ola bilər.