"Əminəm ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək"

16 Yanvar 2020 14:27 (UTC+04:00)

“Əminəm ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək. SİA-nın secki-2020.az saytına istinadən verdiyi xəbərə görə, bunu açıqlamasında Atlantik Şuranın siyasi şərhçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Mətyu Brayza deyib.

O bildirib ki, islahatlar prosesinə töhfə vermək, yeni ideyalar gətirmək məqsədilə parlamentin buraxılmasına dair qəbul edilən qərar təqdirə layiqdir: “Bu, çox stimulverici prosesdir və nümunəvi məqamdır. Beynəlxalq ictimaiyyətin də diqqəti Azərbaycandakı seçkilərə yönələcək. Düşünürəm ki, Azərbaycanda aparılan islahatlar ölkənin hərtərəfli inkişafına yeni təkan verəcək”.