Çin ən çox neft idxal edən ölkədir

14 Yanvar 2020 18:31 (UTC+04:00)

Çin 17 ildir dünyanın ən çox xam neft idxal edən ölkəsidir. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, 2019-cu ildə Çinin neft idxalı əvvəlki ilə nisbətən 9,5 faiz artaraq 506 milyon ton olub. Bu, gündəlik 10 milyon 120 min barrel neft deməkdir. 2018-ci illə müqayisədə sutkalıq 882 min barrel artım olub. Ötən il ölkəyə ən çox neft Səudiyyə Ərəbistanı və Rusiyadan idxal edilib. Çinin neft idxalı 2003-cü ildən bəri rekord artım göstərir.

Çinin təbii qaz idxalı da artıb. 2019-cu ildə Çinin maye təbii qaz (LNG) idxalı 6,9 faiz artaraq 96,5 milyon tona çatıb. Lakin cari ildə ölkənin qaz idxalındakı artımın aşağı istiqamətə yönələcəyi gözlənilir. Çünki ölkədə kömürdən qaza keçid prosesində ləngimə var.