Xəstəxanadan evə buraxılan Rafael Dadaşovun yeni FOTOSU

14 Yanvar 2020 17:19 (UTC+04:00)

Bir müddət əvvəl səhhətində problem yaranan Xalq artisti Rafael Dadaşovun yeni fotosu yayılıb. SİA-nın məlumatına görə, aktyorun şəklini "viner" Elçin paylaşıb. O, Dadaşovu ziyarətə getdiyini bildirib.

Fotoda aktyorun xeyli çəki atdığı görünür.

Qeyd edək ki, R.Dadaşovun ciyərinə su yığılmışdı. Xalq artisti Brilliant Dadaşova həkimlərin səyi nəticəsində aktyorun səhhətinin yaxşılaşdığını və bir neçə kilo arıqladığını bildirmişdi.