Atletimiz "Lozanna 2020"də səkkizinci yeri tutub

14 Yanvar 2020 17:13 (UTC+04:00)

Lozannada keçirilən Yeniyetmələrin Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarında mübarizə aparan Yekaterina Ryabova sərbəst proqramda çıxışını başa vurub. SİA-nın məlumatına görə, Y.Ryabova iki çıxışın cəmində 169,37 xal toplayaraq yekun nəticədə səkkizinci yeri tutub.

Atletimizin uğurlu çıxışını Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev və Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Rauf Xəlilov izləyiblər.

Xatirladaq ki, Azərbaycan bu yarışlara ilk dəfədir qatılır.