“Səssizlik fərq deyil, eynilikdir!” adlı jest dili təlimi keçirilib FOTOLAR

14 Yanvar 2020 16:57 (UTC+04:00)

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında uşaq və kitabxana əməkdaşları üçün “Səssizlik fərq deyil, eynilikdir!” adlı jest dili təlimi keçirilib. SİA-nın məlumatına görə, təlim “Silent Communication” komandasının rəhbəri, jest dili tərcüməçisi Şamil Sabirzadə ilə komandanın əlaqələndiricisi, təlimçi, jest dili tərcüməçisi Könül Quliyeva tərəfindən reallaşıb.

Təlimin keçirilməsində məqsəd eşitmə və danışma məhdudiyyətli uşaqların kitabxanadan istifadəsi, informasiyanı düzgün əldə edə bilməsindən ibarətdir. Bununla bağlı təlimin nəzəri hissəsində tədbir iştirakçılarına jest dilinın yaranma tarixi haqqında ətraflı məlumat verilib, həmçinin jest dilində istifadə olunan bütün hərflər əyani olaraq göstərilib.

Tədbirin sonunda “Silent Communication” komandasının əməkdaşları tədbir iştirakçıları ilə birgə “Səssizlik fərq deyil, eynilikdir!” şüarını jest dilində səsləndiriblər.