Minsk Azərbaycandan neft almaq niyyətindədir

14 Yanvar 2020 16:57 (UTC+04:00)

Minsk Azərbaycandan, Ukraynadan və Qazaxıstandan neft almaq niyyətindədir. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.

BelTA-nın məlumatına görə baş nazirin birinci müavini Dmitri Krutoy deyib ki, Belarus Ukraynaya, Azərbaycana, Qazaxıstana, Polşaya və Baltikyanı ölkələrə neft alışı ilə bağlı təkliflər göndərib.

Onun sözlərinə görə, hökumət alternativ neft tədarükünü axtarmağa davam edir və bütün variantları araşdırır.

"Müvafiq kommersiya təklifləri göndərdik. Zavodlarımızın, Belarus Neft Şirkətinin bütün ticarət xidmətləri demək olar ki, hər gün danışıqlar aparır", deyə baş nazirin birinci müavini Dmitri Krutoy bildirib.