Türkləri qoruyan Somali əsgərləri ölüb

14 Yanvar 2020 16:51 (UTC+04:00)

Somalidə bombanın partladılması nəticəsində Türkiyə vətəndaşlarını qoruyan 3 Somali əsgərinin öldüyü bildirilib. SİA- xariici mətbuata istinadən xəbər verir ki, polis məmuru Abdi Mohamud mətbuata veridiyi açıqlamada bildirb ki, Elasha Biyaha bölgəsində yol işləri görən bir şirkətdə çalışan və Türkləri qoruyan təhlükəsizlik qüvvələrinə bomba ilə hücum etdiyini söyləyib. Polis bombanın partladılması nəticəsində 3 əsgərin öldüyünü, 2-nin isə yaralandığını açıqlayıb.

Qeyd edək ki,işçilər paytaxt Mogadişu ilə Afqoye şəhərini birləşdirən yol layihəsini həyata keçirmək üçün orada olublar. Vurğulayaq ki, Mogadişu səfirliyi hücumda heç bir Türk vətəndaşının zərər görmədiyini bildirib.