Uçqunlar zamanı 57 nəfər ölüb

14 Yanvar 2020 16:47 (UTC+04:00)

Pakistanda baş verən uçqunlar zamanı 57 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə Pakistan radiosu məlumat verib.
Məlumatda qeyd olunur ki, Pakistanın nəzarətində olan ərazidə, Azad Kəşmir bölgəsində uçqun və sürüşmə nəticəsində 57 nəfər ölüb, 42 nəfər yaralanıb.
Bundan əvvəl Pakistanda güclü qar və leysan yağışları nəticəsində 41 nəfərin, ayrılıqda Azad Kəşmir bölgəsində 15 nəfərin öldüyü bildirilmişdi.
Həmçinin, Hindistanla ortaq Cammu və Kəşmir ərazilərindəki uçqunlar nəticəsində də tələfatın olduğu bildirilir.