20 Yanvar şəhidlərinin xatirəsinə turnir keçiriləcək

14 Yanvar 2020 16:16 (UTC+04:00)

Yanvarın 25-26-da Qəbələ Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş yeniyetmələr və gənclər arasında uşu üzrə respublika turniri keçiriləcək.

SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışa 200-ə yaxın idmançı qatılacaq.

Turnirdə Bakı, Gəncə, Göyçay, Mingəçevir, Şəki və Ağcabədi klubları iştirak edəcəklər.

Bu yarışlar martda keçiriləcək uşu üzrə Azərbaycan çempionatına hazırlıq xarakteri daşıyır.