“Xoşbəxt Yusifzadə-90” adlı kitab sərgisi açılıb

14 Yanvar 2020 16:30 (UTC+04:00)

Dekabrın 14-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin anadan olmasının 90 illiyi münasibətilə “Xoşbəxt Yusifzadə-90” adlı kitab sərgisi açılıb.

Kitabxanadan SİA-ya bildirilib ki, sərgidə akademikin Azərbaycan və digər dillərdə nəşr olunmuş əsərləri, elmi məqalələri, rəyçisi və redaktoru olduğu, haqqında yazılmış kitablar, qəzet və jurnal materialları nümayiş olunur.

Qeyd edək ki, Xoşbəxt Yusifzadə Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və onun zəngin potensialının üzə çıxarılmasında müstəsna xidmətlər göstərib, Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazıb.