Dünyaca məşhur müğənni Akon özünün "şəhərini" qurub

14 Yanvar 2020 16:15 (UTC+04:00)

Dünyaca məşhur müğənni Akon, Seneqalda "Akon City" şəhərini saldırıb və Akoin pul vahidi yaradıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.


"Lonely" mahnısı ilə dünya şöhrəti qazanan Akon, uzun müddətdir davam etdirdiyi layihəsinin İnstaqram hesabını rəsmi olaraq açıqlayıb.

Seneqal prezidenti CNN İnternational-dakı xəbərə görə, məşhur müğənninin 2000 hektar ərazidə inşa ediləcəyi Akon City nin 10 ildə tamamlanması gözlənilir.

"AKoin" adında bir də kripto valyuta yaradılacağını deyən müğənni, şəhərdə bu valyutanın etibarlı olacağını açıqlayıb.

Afrikaya böyük təsir göstərmək istədiyini ifadə edən Akon, "Dünyada bu qədər çox insan əziyyət çəkərkən, bankda saxladığınız 1 milyard dollar dəlilikdir. Bu, 1 milyard dolların boşa çıxmasına bənzəyir" deyib.