Süleymaninin öldürülməsi bütün hüdudların aşılmasıdır - Lavrov

14 Yanvar 2020 14:43 (UTC+04:00)

ABŞ-ın iranlı general Qasim Süleymanini öldürməsi bütün hüdudların aşılmasıdır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov söyləyib.

"Vaşinqtonun qanunsuz hərəkətlərinin son nöqtəsi qonşu ölkədə, İraqda rəsmi səfərdə olan İran hökumətinin rəsmi nümayəndəsi Qasim Süleymanini öldürməsi oldu. Bu əlbəttə ki, bütün beynəlxalq-hüquqi və insani hüdudların aşılmasıdır"-deyə, Lavrov deyib.