Cənubi Koreyanın yeni baş naziri kimdir?

14 Yanvar 2020 14:03 (UTC+04:00)

Cənubi Koreya prezidenti Moon Jae Parlamentin keçmiş spikeri Chung Sye-Kyunu ölkənin yeni baş naziri təyin edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, prezident Moon Jae mediaya verdiyi açıqlamada baş nazirə daha böyük idarəetmə rolu və səlahiyyət verəcəyini söyləyib. Eləcə də, hər şeydən əvvəl ölkədə sülh və ünsiyyət siyasətinin yenidən qurulmalı olduğunu bildirib.