Qara qutu Fransaya göndərildi

14 Yanvar 2020 13:34 (UTC+04:00)

İran qəzaya uğrayan Ukrayna təyyarəsinin qara qutusunu Fransaya göndərib. SİA RİA Novostoyə istinadən xəbər verir ki, bu barədə məhkəmə hakimiyyətinin rəsmi nümayəndəsi Qulyamhüseyn Əsmaili mətbuat konfransı zamanı söyləyib.

O, mətbuat konfransı zamanı xəbər verib ki, İran hakimiyyəti Tehran yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsindən çıxan qara qutunu deşifrə üçün Fransaya göndərib.

"Qara qutu deşifr üçün Fransaya göndərildi", deyə Əsmaili bildirib.