Çoxlu sayda qaçqın Suriyaya qayıtdı

14 Yanvar 2020 13:25 (UTC+04:00)

Xaricdən 24 saat ərzində 1,3 mindən çox qaçqın Suriyaya qayıdıb. SİA bu barədə RİA Novosto agentliyinin məlumatına istinadən xəbər verir ki, informasiya Müdafiə Nazirliyinin saytında yayımlanıb.

İnformasiyaya görə, qaçqınların qəbulu, paylanması və yerləşmə mərkəzinin bülletenindən sonra Livandan Suriyaya bir gündə 250-dən, İordaniyadan isə 1050-dən qaçqın gəlib.

Bülletendə qeyd olunur ki, ötən gün ərzində 1330 qaçqın Suriya Ərəb Respublikasına xarici dövlətlərin ərazilərindən, o cümlədən Livandan 261 nəfər Jaydet-Yabus və Tell-Kalah keçid məntəqələrindən (78 qadın, 133 uşaq) və İordaniyadan qayıdıb. Nəsib keçid məntəqəsindən isə 1069 nəfər keçib ki, bunun da 321-i qadın, 545-i uşaqdır.