Pakistanda güclü qarın yağması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb

14 Yanvar 2020 12:44 (UTC+04:00)

Pakistanın Bəlucistan Fəlakət İdarəetmə Agentliyinin rəhbəri İmran Zarkon bazar günündən bəri ştatda yağan güclü qar səbəbindən 22 nəfərin həyatını itirdiyini, yollar və hava limanının bağlandığını söyləyib. SİA- xarici mətbuata istinadən xəbər verir ki, Pakistanın nəzarətində olan Azad Cammu və Kəşmirdə güclü yağışlar daşqınlara səbəb olub.

Vurğulayaq ki, Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyin məlumatına görə, Kəşmirdə 15, Sindh əyalətində 1, Pəncabda isə 3 nəfər daşqınlar səbəbindən həyatını itirib. Bağlı yollarda qalan 500 nəfər insan əsgərlər tərəfindən xilas edilib və bəzi bölgələrdə xilasetmə işlərinə kömək məqsədi ilə vertolyotlar da cəlb olunub.

Qeyd edək ki, ölkənin ən əhəmiyyətli turizm məkanlarından olan Gilgit-Baltistana son 50 ilin ən güclü qarı yağıb.