Qanunsuz ov edən şəxslər saxlanıldı FOTO

14 Yanvar 2020 10:25 (UTC+04:00)

Daşkəsəndə qanunsuz ov edən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov etdiklərinə görə 6 nəfər saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Qismət Məhərrəmov, Alı Allahverdiyev, Pənah Tağıyev, Firəddin Məhərrəmov, Vüqar Həsənov və Göygöl rayon sakini Sahil Quliyev olduqları müəyyən edilib. Onlardan patronları ilə birlikdə ümumilikdə 6 ədəd müxtəlif markalı və kalibirli ov tüfəngi, habelə ovladıqları 9 kiloqrama yaxın 1 baş cüyür heyvanının əti götürülüb. Davam etdirilən tədbirlərlə Vüqar Həsənova və Sahil Quliyevə məxsus ov silahlarının heç bir müvafiq sənədinin olmaması müəyyən edilib

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırmalar aparılır.