Xəzər dənizində zəlzələ olub

14 Yanvar 2020 09:50 (UTC+04:00)

Xəzər dənizində növbəti dəfə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, yeraltı təkan yanvarın 13-ü yerli vaxtla saat 23:18-də qeydə alınıb.

Zəlzələnin dərinliyi 43 km, maqnitudası 3.0 olub. Zəlzələ hiss olunmayıb.