AzTU-da kadr dəyişikliyi olub

13 Yanvar 2020 15:30 (UTC+04:00)

Azərbaycan Texnki Universitetində (AzTU) kadr dəyişikliyi olub. AzTU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, uzun illər universitetin kitabxanasının müdiri vəzifəsində çalışmış Narıngül Xələfova öz xahişi ilə vəzifəsindən azad olunub. Rektor Vilayət Vəliyev AzTU-nun kitabxanasında uzunmüddətli və səmərəli fəaliyyətinə görə Narıngül Xələfovaya təşəkkür edib. Həmin vəzifəyə kitabxananın şöbə müdiri Zöhrə Məmmədova təyin olunub. Ona kitabxananın texniki universitetlərin tələbləri səviyyəsində, müasir standartlara uyğun qurulması ilə bağlı tapşırıqlar verilib.