Vulkan püskürməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

13 Yanvar 2020 11:41 (UTC+04:00)

Yeni Zelandiya polisindən verilən açıqlamada, Avstraliyadakı partlayışın ardından Alfred Xəstəxanasında müalicə alan ağır yaralanmış Paul Brovittin ölümü ilə ölənlərin sayının 20-yə çatıb. SİA-nın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, açıqlamada partlayış əsnasında iki qızı ilə Whittaridə olan (Bəyaz Ada) Paul Brovittin, partlamada qızlardan birinin öldüyü, digərinin xəstəxanada müalicə aldığı deyilib.

Yeni Zelandiya Səhiyyə təşkilatından verilən açıqlamada bildirilib ki, ölkədəki xəstəxanalarda və Avstraliyadakı xəstəxanalarda yaralanan 23 nəfərdən ən az 5-nin vəziyyətinin ağırdır.

Xatırladaq ki, dekabrın 9-da ölkənin şimalındakı Whakaari vulkanında partlayış meydana gəlib.

Partlayış zamanı Adada olan 47 nəfərdən 24 nəfəri, ABŞ-dan 9, Yeni Zelandiyadan 5, Almaniyadan 4, Çindən 2, İngiltərədən 2, Malayziyadan 1 nəfərin olduğu bildirilib.