İran parlamenti təyyarə qəzası ilə əlaqədar iclas keçirdi

12 Yanvar 2020 13:44 (UTC+04:00)

İran parlamenti 8 yanvarda Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar qapalı iclas keçirib.

SİA bu barədə İran parlamentinin informasiya portalına istinadən məlumat verib.

İran parlamentinin sədri Əli Laricani bir daha belə hadisənin təkrarlanmayacağına ümid etdiyini bildirib.

Laricani əlavə edib ki, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyası təyyarə qəzası ilə bağlı araşdırma aparacaq.

Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı bu gün (11 yanvar) səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.