Məktəblilərin inşa yazı müsabiqəsinin respublika turunda 11 qalib iştirak edəcək
28 Mart 2011 08:49 (UTC+04:00)
Bakı şəhərinin orta ümumtəhsil müəssisələrində təhsil alan məktəblilər daha bir inşa yazı müsabiqəsinə cəlb olunublar. SİA-nın xəbərinə görə, müsabiqə ümummilli lider Heydər Əliyevin 88-ci ildönümünə həsr olunub. Paytaxtın 152 saylı orta məktəbində keçirilən müsabiqədə iştirak edən VII-XI sinif şagirdlərinə inşa yazısı üçün bir saat yarım vaxt ayrılıb. Hər məktəb üzrə müsabiqədə bir nəfər şagird iştirak edib. Aprelin 10-dək hər rayon üzrə bir nəfər olmaqla on bir nəfər qalib seçilərək respublika turunda iştirak üçün Təhsil Nazirliyinə təqdim ediləcək.