Beyin hüceyrələrinin qocalması sürətini ləngitməyin yolu tapılıb

10 Yanvar 2020 16:17 (UTC+04:00)

Alman alimləri beyin hüceyrələrinin qocalması sürətini ləngitməyin bir yolunu kəşf ediblər. SİA RenTv-yə istinadən xəbər verir ki, Drezden Texniki Universitetinin Regenerativ Terapiya Mərkəzinin alimləri beyin hüceyrələrinin qocalması sürətini ləngitməyin bir yoluni tapıblar.

Alman alimləri xüsusi inyeksiya istifadə edərək siçanların beyninin kök hüceyrələrinə təsirini araşdırıblar. Təcrübə zamanı hippokampal sinir kök hüceyrələri stimullaşdırılıb ki, bu da onların fəaliyyətlərini və proliferativ bölmələrin hüceyrə tsikllərinin sayını artırmağa kömək edib.

Təcrübənin nəticələri yeni yaranan neyronların sayını artırıb və yaşlı siçanlarda neyrogenezin yaşla bağlı azalmasını da kompensasiya edib.

Förmalaşmış neyronlar uzun müddət canlılığı qoruyub saxlayıb və qonşu beyin hüceyrələri ilə də əlaqə yaradıb.