ABŞ-ın Kaliforniya universitetinin tədqiqatçıları keçirdikləri təcrübə əsasında iştirakçıların bioloji yaşını dərmanların köməyi ilə DNT səviyyəsində endirə biliblər. SİA-nın verdiyi məlumata görə, iştirakçılardakı hüceyrələrin cavanlaşma prosesi test nəticələri ilə təsdiqini tapıb. Tədqiqatda 51-65 yaşlı 9 ağdərili kişi iştirak edib. Onların hər biri antidiabet həb olan prasteron və metformin qəbul edib. İştirakçılara eyni zamanda böyümə hormonu olan somatotropin də vurulub.
Dərmanların qəbulundan 1 il sonra bioloji yaş 2,5 il azalıb, həmçinin immun sistemi bərpa olunub.