Mərkəzi Gömrük Hospitalının dermatoveneroloqu canlı yayımda çıxış edəcək

8 Yanvar 2020 10:00 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı dermatoveneroloqu Dr. Sevinc Kərimova 15 yanvar 2020-ci il tarixində saat 16.00-da “Papiloma virusları” mövzusunda canlı yayımda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq.

Qeyd edək ki, Dr. Sevinc Kərimova 1992-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 1992-1993-cü illərdə Mərkəzi Hövzə xəstəxanasında internatura keçmişdir. 1996-2009-cu illərdə Dövlət tibb müəssisəsində həkim-dermatoveneroloq kimi çalışıb. Dr.Sevinc Kərimova 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında həkim-dermatoveneroloq kimi fəaliyyət göstərir.

Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.