Məşhur xanımların geyim yarışı FOTOLAR

7 Yanvar 2020 17:22 (UTC+04:00)

Hollywoodda "Golden Globes" mükafatlandırma mərasimi baş tutub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 77-ci dəfə təşkil olunan tədbirdə bir çox məşhurlar iştirak edib. Onlar qırmızı xalı üzərindən keçərək, kameralara pozlar veriblər.

Gecəyə təşrif buyuran tanınmış xanımlar sanki bir-biriləri ilə yarışa giriblər. Belə ki, onlar dəbdəbəli libaslarını nümayiş etdirərək, özlərinə əl qatıblar.

Onların tədbirdən olan fotolarını təqdim edirik: