İran parlamentindən daha bir addım

7 Yanvar 2020 14:26 (UTC+04:00)

İran Milli Məclisi, Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra atdığı addımla gərginliyi daha da artırıb. SİA-nın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, ABŞ İran İnqilab Keşikçiləri Qüds İnqilab Ordusunun komandiri Qasım Süleymaninin ölümündən sonra İran Milli Məclisindən yeni bir qətnamə qəbul edilib. İran Milli Məclisi qəbul etdiyi qətnamədə ABŞ komandirləri və Pentaqon səlahiyyətlilərini terrorçu elan edib.