Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində atəşkəsi pozması nəticəsində son həftə ərzində Azərbaycan Ordusunun iki hərbçisi şəhid olub. SİA-nın xəbərinə görə, ilk şəhid 1986-cı il təvəllüdlü Samir Hidayət oğlu Ağayev Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında erməni hərbçilərinin açdığı atəş nəticəsində həlak olub.
Samir Ağayev müddətdən artıq xidmət keçən hərbi qulluqçu olub. O, Tovuz rayon Hərbi Komissarlığından xidmətə çağırılıb. Şəhid hərbçi ötən gün doğulduğu Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində dəfn edilib.
İkinci şəhidimizi isə bayram günlərində itirmişik. Cəbhənin Tərtər istiqamətində Elnur Mübariz oğlu Məmmədov şəhid olub. Füzuli rayonundan məcburi köçkün olan 1991-ci il təvəllüdlü Elnur 2010-ci ilin yanvar ayında hərbi xidmətə çağrılıb. O da snayperlə vurulub.