Dövlət Sərhəd Xidməti: “Məbləği 6 milyon manata yaxın qaçaqmalçılıq predmeti müsadirə olunub”

24 Mart 2011 21:21 (UTC+04:00)
Dövlət sərhədinin pozulmasının və qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınmasına yönəlmiş tədbirlər nəticəsində 2010-cu ildə 381 nəfər sərhəd pozucusu saxlanılıb. Dövlət Sərhəd Xidmətindən SİA-ya daxil olan məlumata görə, təqribi məbləği 5 milyon 844 min 635 manat olan qaçaqmalçılıq predmeti müsadirə olunub. Sərhəd pozucularının 29,3 faizi (108 nəfər) Azərbaycandan başqa ölkələrə keçərkən, 70,7 faizi isə (261 nəfər) müqabil ölkələrdən Azərbaycana gələrkən saxlanılıb.