Təzyiqi hansı giləmeyvə şirəsi aşağı salır?

5 Yanvar 2020 13:58 (UTC+04:00)

Elm adamları hansı giləmeyvə şirəsinin təzyiqi azaltmağa kömək etdiyini tapıblar. SİA-nın məlumatına görə, Medical Xpress xəbər verir ki, Helsinki Universitetinin alimləri zoğal şirəsinin qan təzyiqini aşağı salmasına kömək etdiyini müəyyənləşdiriblər. Bundan əlavə alimlər müəyyən ediblər ki, zoğal şirəsi həm də qan damarlarının işini yaxşılaşdırmaq üçün faydalıdır.

Helsinki Universitetinin təbiət elmləri doktoru Enn Kivimyaki, həmkarları ilə birlikdə laboratoriya siçovulları üzərində eksperiment keçirib. Onlar gəmiricilərə təxminən üç ay ərzində zoğal, qarağat suyu verilib. Bu giləmeyvələr içərisində çox miqdarda polifenol var ki, bu da ürək-damar xəstəlikləri riskini azaldır.

Məlum olub ki, bunlar təzyiqin aşağı düşməsinə kömək edir və konsentratlaşdırılmış içki qan damarlarının vəziyyətinə müsbət təsir göstərir. Alimlərin bildirdiyinə görə, hazırda araşdırmanın nəticələri yekun hesab edilə bilməz və hələ ictimaiyyətdə sınaqdan keçirilməlidir.