Keçmiş məhkumdan narkotik götürülüb

4 Yanvar 2020 11:02 (UTC+04:00)

Hacıqabulda keçmiş məhkumdan narkotik götürülüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib

Belə ki, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əliyevdən 305 qram marixuana götürülüb.