“Microsoft” şirkəti yanvarın 14-dən etibarən “Windows 7” əməliyyat sisteminin proqram təminatını dayandıracaq.
SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi internet səhifəsində yerləşdirilib.
Bildirilib ki, istifadəçilərin əməliyyat sisteminin versiyasını dəyişə bilməsi üçün hələ 10 günü var. Bundan sonra isə “Windows 7” əməliyyat sistemi lazımi təhlükəsizlik səviyyəsini və yenilənmələri əldə edə bilməyəcək.
Məlumatda o da qeyd olunub ki, “Windows 7” əməliyyat sisteminə texniki dəstəyin dayandırılması kibertəhlükəsizlik prinsiplərini risk altında qoymuş olacaq.